“Anatolian Phoenix – 2023” beynəlxalq təlimi başa çatıb

“Anatolian Phoenix – 2023” beynəlxalq təlimi başa çatıb

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.

Bildirilib ki, təlimdə qarşıya qoyulan tapşırıqlar iştirakçı dövlətlərin şəxsi heyəti tərəfindən qarşılıqlı əlaqədə müvəffəqiyyətlə icra edilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, “Anatolian Phoenix – 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycanı Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edib.

Poliqon.az

CATEGORIES