Argentina HHQ JF-17A “Block 3” təyyarəsi alır

Argentina HHQ JF-17A “Block 3” təyyarəsi alır

Argentina Parlamenti Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyaclarının ödənməsi üçün ölkənin Müdafiə Nazirliyinin 12 ədəd JF-17A “Block 3” qırıcı təyyarəsinin alınmasını barədə müraciətini və bunu özündə ehtiva edən 2022-ci il üçün büdcə layihəsini təsdiqləyib.

“Poliqon” “UK Defense Journal” portalına istinadən xəbər verir ki, Pakistandan yeni qırıcı təyyarələrin alınmasının dəyəri 664 milyon ABŞ dolları olaraq qiymətləndirilir.

Layihəyə əsasən 10 qırıcı tək yerli, 2 qırıcı isə iki yerli versiyada alınacaq.

JF-17 Thunder qırıcı təyyarəsi Çin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkəti tərəfindən Pakistanın “Pakistan Aeronavtik Complex “ (PAC) şirkətinin iştirakı ilə hazırlanıb və hazırda Pakistan Hərbi Hava Qüvvələrinin maraqlarında istehsal olunur (təyyarə haqqında daha ətraflı: JF-17 “Block 3” Rusiya, Hindistan və Fransa təyyarələrindən daha üstün hesab olunur).

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS