ASELSAN “Elektron Müharibədə Sürü PUA” konsepsiyasını sınaqdan keçirib
Türkiyənin ASELSAN şirkəti “Elektron Müharibədə Sürü PUA” konsepsiyasını uğurla sınaqdan keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.
Qeyd olunub ki, quru əsaslı elektron müharibə (EW) sistemləri relyef və ya mənzil səbəbi ilə fəaliyyətini yerinə yetirə bilməyəcəyi vəziyyətlərdə sürü halındakı pilotsuz uçuş aparatları (PUA) hədəf rabitə siqnallarını aşkarlaya, diaqnoz qoya və təhlil edə biləcək.