ASELSAN şəhər təhlükəsizliyi idarəetmə sistemi ilə bağlı əlavə sifariş alıb
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı və ASELSAN şirkəti arasında şəhər təhlükəsizliyi layihəsi ilə bağlı imzalanan müqaviləyə dəyişiklik edilib.
“Poliqon” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verir ki, dəyişiklik çərçivəsində Müdafiə Sənayesi Başqanlığı ASELSAN-a 353.8 milyon ABŞ dolları dəyərində əlavə şəhər təhlükəsizliyi idarəetmə sistemi sifariş edib.
Sifarişə uyğun olaraq tədarüklərin 2027-cı ilin sonuna qədər tamamlanması planlaşdırılıb.
TAGS ASELSAN