ASELSAN xarici müştəriyə müdafiə sistemləri ixrac edəcək

ASELSAN xarici müştəriyə müdafiə sistemləri ixrac edəcək

Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan beynəlxalq müştəriyə müdafiə təyinatlı məhsullar tədarük edəcək.

Bu barədə “Poliqon”a ASELSAN şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bunun üçün şirkət və sifarişçi arasında 74.5 milyon ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi imzalanıb. Razılaşmanın şərtləri və hansı məhsulun ixrac olunacağı ilə bağlı isə əlavə məlumat verilməyib.

Qeyd edək ki, ASELSAN cari ilin əvvəlindən indiyə kimi olan müddət ərzində ümumilikdə 195 milyon ABŞ dolları dəyərində müqavilələr imzalayıb.

Poliqon.az

CATEGORIES
TAGS