Atlas Elektronikdən uzaq mənzilli torpeda
Atlas Elektronik torpedaların atış uzaqlığını artırmağa nail olub. “AzeriDefence”nin xəbərinə görə, bu barədə şirkətin məlumatında bildirilib.
Cari ilin mart ayında başlanmış atış testlərində “SeaHake mod4 ER” (Extended Range) ağır torpedası 140 kilometrdən çox diapazona nail olub. “SeaHake mod4 ER” hazırda Almaniya, Türkiyə, Pakistan və İspaniya donanmalarının silahlanmasında olan DM 2 A4 ağır torpedasının ən sonuncu modifikasiyası sayılır.
“SeaHake mod4” un yeni versiyası innovasiyalı naviqasiya və kommunikasiya texnologiyaları ilə uyğunlaşdırılır. Bu müasir naviqasiya sistemləri hərəkət müddətində torpedaya nəzarət etməyə imkan verir. “SeaHake mod4 ER” həm dəniz, həm də yerüstü platformalardan açıla bilir.
CATEGORIES Sənaye