DənizXəbərlər

ATMACA raketi quru koordinatlı hədəfi tam dəqiqliklə vurdu

Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) “TCG Burgazada” korvetindən atılan “Roketsan” şirkətinin ATMACA gəmi əleyhinə raketi quru koordinatlı hədəfi tam dəqiqliklə vurub.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında məlumat paylaşıb.

Onun bildirdiyinə görə, bu qabiliyyət sayəsində ATMACA, yalnız dəniz hədəflərinə qarşı deyil, eyni zamanda qurudakı strateji hədəflərə də effektiv zərbə endirmək imkanına sahib olduğunu real şəraitdə nümayiş etdirib.

Sədr vurğulayıb ki, milli məlumat ötürmə sisteminin inteqrasiyası sayəsində uçuş zamanı tapşırığın yenilənməsi qabiliyyəti qazanan raket, dinamik əməliyyat mühitlərində yüksək çeviklik və üstünlük təmin edir.

“Roketsan”ın milli olaraq hazırladığı ATMACA, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.

Səsdən sürətli ATMACA raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır.

ATMACA-nın Türkiyə HDQ-nin invertarındakı 140 km atış mənzilinə sahib “Harpoon” raketlərini əvəz etməsi planlaşıdırılıb.

Back to top button