AYESAŞ və MSN ETİ arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

AYESAŞ və MSN ETİ arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

Türkiyənin AYESAŞ şirkəti və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Savunmasanayist” məlumat yayıb.

Məlumatda bildirilib ki, əməkdaşlıq çərçivəsində hava və quru platformalarda istifadə olunan qəza xəbərdaretmə cihazları MSN ETİ və AYESAŞ tərəfindən birlikdə inkişaf etdiriləcək, habelə MSN ETİ və AYESAŞ-ın öz resursları hesabına aparılacaq Ar-Ge işlərinə dair tədqiqat və təkmilləşdirmə ehtiyacları da birgə şəkildə qarşılanacaq.

Qeyd edilib ki, bununla AYESAŞ-ın sistem mühəndisliyi sahəsində apardığı araşdırmaların və 30 ildən artıq müddətdə qaznadığı təcrübənin həmin layihələrə və MSN Elmi Tədqiqat İnstitutuna ötürülməsi hədəflənib. Əməkdaşlıq zamanı hər iki ölkənin mühəndislərinin bu layihələri birlikdə həyata keçirilməsi nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS