Xəbərlər

Azad olunan ərazilərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri fəaliyyətə başlamış, son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlamışdır.

“Poliqon”un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX Akademiyasının 10-cu buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

“May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür”, – deyə Xidmət rəisi vurğulayıb.

Poliqon.az

Back to top button