MüdafiəXəbərlər

Azərbaycan HHQ “Anadolu Qartalı-2026” beynəlxalq təlimində iştirak edir – VİDEO

Türkiyənin Konya şəhərində yerləşən aviabazada Azərbaycan hərbi qulluqçularının iştirakı ilə “Anadolu Qartalı-2026” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub.

Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.

Azərbaycan hərbi pilotları təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.

Back to top button