Azərbaycan ilə İtaliya arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə edilib
Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov İtaliyaya səfər edib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumat görə, səfər çərçivəsində Baş direktor İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
TAGS Manşet