Türkiyə müdafiə sənayesinin ixracı 3 milyard dolları ötüb

Türkiyə müdafiə sənayesinin ixracı 3 milyard dolları ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin iyul ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin iyulunda 430.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il iyul – 657.1 milyon ABŞ dolları) 2024-cü ilin iyul ayında ixrac olunan məhsulların dəyəri azalıb.

Cari ilin ilk 7 ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumi dəyəri 3.3 milyard ABŞ dollarından çox olan məhsul ixrac edilib.

CATEGORIES
TAGS