Azərbaycan ilə Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib

Azərbaycan ilə Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

“Poliqon” xəbər verir ki, Fərmana əsasən 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

CATEGORIES