
Azərbaycan MN: Xankəndinin “Qrad”la atəşə tutulması yalandır
Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlik bu məlumatı qəti surətdə təkzib edir.