Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge ilə görüşüb.
“Poliqon” xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə özünün “X” hesabında paylaşım edib.
Paylaşımda, görüş zamanı Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı səmərəli müzakirələrin aparıldığı bildirilib.
Qeyd olunub ki, 2025-ci il üçün Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
CATEGORIES Xəbərlər