Azərbaycan Ordusunun bütün döyüş texnikaları vahid sistemə keçəcək

Azərbaycan Ordusunun bütün döyüş texnikaları vahid sistemə keçəcək

Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəz edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə keçirilməsi planlaşdırılıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir və burada da istehsalatla yanaşı, həm də peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.

“Cari ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilən, ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında  xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında qoyduğu tapşırıqlar yüksək peşəkarlıqla icra olunur”, – deyə general-mayor Məmməd Eminov tərəfindən vurğulanıb.

Adsiz 2

Poliqon.az

CATEGORIES