Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşdadır

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşdadır

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı hazırda Kahramanmaraş ərazisindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlər zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.

Poliqon.az

CATEGORIES