Azərbaycan Ordusunun PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib – VİDEO

Azərbaycan Ordusunun PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib – VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında PUA-ların idarə edilməsi üzrə bacarıqları yoxlanılıb.

Təlimlər çərçivəsində PUA-ların heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş