Azərbaycan Sər­həd Müha­fizə­si­nin 103-cü ildönümü münasibətilə mərasim keçirilib

Azərbaycan Sər­həd Müha­fizə­si­nin 103-cü ildönümü münasibətilə mərasim keçirilib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkənin tarixi zəfərin­dən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizə­sinin 103 illik tarixinin şan­lı səhifələrini yüksək əhval-ruhiyyə, Azər­baycan dövlət­çiliyinə xid­mət­dən irəli gə­lən qürur hissi ilə qarşılayırlar.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xati­rəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edib. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütöv­­­lüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyul­ub.

Sonra Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində Azərbaycan Sər­həd Müha­fizə­si­nin 103-cü ildönümü münasibətilə mərasim keçirilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan təd­birdə Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev çıxış edə­rək Azərbaycanın Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda dövlət müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin bö­yük sərkərdəsi, Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, ildırımsürətli hücumla düş­mənə sarsıdıcı zərbələr endirmələri, yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad olunma­sında qəhrəmanlıq və igidlik salnamaləri yazmaları, müharibə aparma təcrübəsində müasir texnologiyaları tətbiq etməklə ölkəmizin hərb tarixinə yeniliklər gətirmələri vurğulanıb.

Dövlətin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkə­nin Ermə­nistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra Azər­baycan Prezidenti İlham Əliyevin  tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinin sürətlə davam etdirildiyi, qısa müddət ərzində azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradıldığı, sərhəd döyüş məntəqələrinin fəaliyyətə başladığı, müvafiq sahələrdə sərhəd nəzarəti işinin təşkilinə başlanıldığı bildirilib.

General-polkovnik E.Quliyev dövlət sərhədinin toxunul­mazlığının təmin edil­məsi kimi müqəddəs vəzi­fə ilə fəxr edən, üçrəngli dövlət bayrağı altında milli ma­raqları ən yüksək səviyyədə qorumaqdan qürur duyan sərhədçilərin gələ­cəklərinə inamla baxdıqlarını, bu inamın Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrdən qaynaqlandığını vurğu­layıb.

Tədbir zamanı Azərbaycanın Prezidenti İlham Əliye­vin 17 avqust tarixli Sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rüt­bələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xid­mətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin əlamətdar gün münasibətilə hazırladıqları bayram konsertini izlənib.

photo 20220818185531 photo 20220818185524 photo 20220818185517 photo 20220818185511 photo 20220818185505

photo 20220818185458

photo 20220818185444

photo 20220818185450

photo 20220818185413

photo 20220818185357

CATEGORIES