
Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində “Roketsan” şirkətinin istehsalı olan TRLG-230 raketindən istifadə edilib.
“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, təlim zamanı TRLG-230 raketi təyin olunan hədəfi dəqiqliklə məhv edib.
Bildirilib ki, TRLG-230 raketi Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) işarələdiyi hədəfləri 70 kilometrə qədər məsafədə dəqiqliklə məhv etmək bacarığına sahibdir.




