Azərbaycan və Fransa arasında minatəmizləmə əməliyyatlarına dair sənəd imzalanması nəzərdə tutulur

Azərbaycan və Fransa arasında minatəmizləmə əməliyyatlarına dair sənəd imzalanması nəzərdə tutulur

2021-ci il 20 sentyabr tarixində Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.

Səfərin başlıca məqsədi Fransanın Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.

Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.

Poliqon.az

CATEGORIES
TAGS