
Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
Noyabrın 20-də İsrailin müdafiə naziri Benyamin Qans Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.
CATEGORIES Xəbərlər
TAGS Manşet