Xəbərlər

SIPRI dünyanın ən böyük 25 müdafiə sənayesi şirkətinin silah satışı reytinqini açıqlayıb

Dünyanın ən böyük 25 müdafiə sənayesi şirkətinin silah və hərbi xidmət satışları 2019-cu ildə 361 milyard ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilə nisbətən 8,5 faiz çoxdur.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) dekabrın 7-də açıqladığı illik hesabatında bildirilib.

SIPRI-nin hesabatına görə, siyahıda ABŞ şirkətləri yenə də üstünlük təşkil edir. 2019-da ilk beş silah şirkətinin hamısı ABŞ şirkətləri ­- “Lockheed Martin”, “Boeing”, “Northrop Grumman”, “Raytheo”n və “General Dynamics” olub. Bu beş şirkətin birlikdə illik silah satışından gəliri 166 milyard ABŞ dolları təşkil edib. Ümumilikdə 12 ABŞ şirkəti 2019-cu il üçün ilk 25-likdə yer alır ki, bu da ilk 25-in silah satışının yüzdə 61-ni təşkil edir.

Orta Şərq ilk 25-likdə ilk dəfə təmsil olunur. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) EDGE şirkəti 2019-cu ildə 25-dən çox kiçik şirkətin birləşməsindən yaranıb. Siyahıda 22-ci yerdə qərarlaşıb və ilk 25 şirkətin silah satışının 1,3 faizini təşkil edib.

2019-cu ildə ilk 25-likdə yeni gələn “L3Harris Technologies” (10-cu sırada) olub. Hər ikisi 2018-ci ildə ilk 25-ə daxil olan ABŞ-ın “Harris Corporation” və “L3 Technologies” şirkətlərinin birləşməsi nəticəsində yaradılıb.

İlk 25-ə dörd Çin şirkəti də daxildir. Üçü ilk 10-da yer alır: AVIC (6-cı sırada), CETC (8-ci sırada) və NORINCO (9-cu sırada). İlk 25-likdə yer alan dörd Çin şirkətinin (CSGC; 24-cü yerdə) ümumi gəliri 2018 – 2019-cu illər arasında 4,8 faiz artıb. ABŞ-dan sonra Çin 25 silah şirkəti sırasında 16 faiz ilə 2019-cu il silah satışındakı ikinci ən böyük paya sahib olub.

İlk 25-likdə yer alan iki Rusiya şirkətinin – “Almaz-Antey” və “United Shipbuilding” şirkətlərinin gəlirləri 2018-2019-cu illər arasında ümumilikdə 634 milyon dollar azalıb. Üçüncü Rusiya şirkəti “United Aircraft”, 1.3 milyard ABŞ dolları satışını itirib və 2019-cu ildə ilk 25-dən çıxıb. Sıralamadakı iki Rusiya şirkəti silah satışının 3.9 faizini təşkil edib.

Hesabatda bildirilib ki, Qərbi Avropanın 6 şirkəti birlikdə silah satışının 18 faizini təşkil edib.

 

 

Back to top button