Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin telefon danışığı olub

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin telefon danışığı olub

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.

H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Poliqon.az

CATEGORIES