Azərbaycan və Türkiyə səfərbərlik sahəsində təcrübə mübadiləsini genişləndirəcək

Azərbaycan və Türkiyə səfərbərlik sahəsində təcrübə mübadiləsini genişləndirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

2 8

Poliqon.az

CATEGORIES
TAGS