Azərbaycanın aldığı yeni hərbi nəqliyyat təyyarəsinin üstün imkanları – ANALİZ

Azərbaycanın aldığı yeni hərbi nəqliyyat təyyarəsinin üstün imkanları – ANALİZ

İtaliyanın “Leonardo-Finmeccanica” şirkəti tərəfindən “Aeritalia” G.222 təyyarəsi əsasında hazırlanan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsi orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulub.

“Poliqon”un verdiyi məlumata görə, turbovintli “Spartan” təyyarəsi “Lockheed Martin” şirkətinin C-130J “Super Hercules” təyyarəsi ilə eyni mühərrikə və texniki infrastruktura malikdir.

C-27J iki ədəd “Rolls Royce” istehsalı AE2100-D2A mühərriki ilə təchiz edilib ki, bu da ona maksimum 602 km/saat sürətlə uçmaq imkanı verir. Maksimum uçuş tavanı 9144 metr, uçuş ağırlığı 31 ton, yük gğtürmə qabiliyyəti 11 ton olan təyyarə 46-60 personalı daşımaq qabiliyyətinə sahibdir.

Çoxməqsədli nəqliyyat təyyarəsi olan C-27J “Spartan”ın “Dəniz Patrulu”, ASW (Anti-Submarine Warfare), C3ISR (Command-Control-Communications, Intelligence, Surveillance and Reconnaissance), habelə MC-27J “Multi-mission Aircraft” variantları mövcuddur. Hazırda hərbi təyinatlı yüklərin və personalın daşınması üçün şirkət tərəfindən müştərilərə təyyarənin C-27J “Next Generation” adlı versiyası təklif olunur.

C-27J “Spartan” təyyarəsinin ilk seriyalı istehsal partiyası 2006-cı ildə İtaliya HHQ-nin, 2007-ci ildə isə ABŞ HHQ-nin aviasiya parkına qəbul edilib. Hazırda ABŞ, Slovakiya, Litva, Rumıniya, Bolqarıstan, Meksika, İtaliya, Yunanıstan, Sloveniya, Peru, Mərakeş, Keniya, Zambiya, Avstraliya, Çad və digər ölkələr C-27J təyyarəsinin istifadəçiləri arasında yer alır.

Azərbaycanın C-27J “Spartan” marağı

Qeyd edək ki, Azərbaycan da artıq bir müddərdir İtaliya istehsalı olan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsinə böyük maraq göstərirdi. İndiyədək bir neçə dəfə Azərbaycanın hərbi nümayəndə heyəti şirkətin test mərkəzində və İtaliya HHQ-də bu təyyarələrin sınaqlarında iştirak edib. “Leonardo” və Azərbaycan nümayəndə heyəti arasında danışıqlar gedən zaman şirkət rəsmiləri C-27J-nin Azərbaycana satışında heç bir problemin olmadığını bildirmişdi.

İtaliya bununla yanaşı hazırda Azərbaycanla müdafiə sahəsində bir sıra proyektlər üzrə danışıqlar aparmaqdadır. İtaliyalı aviasiya mütəxəssislərinin fikrincə, bu təyyarə Azərbaycanın hərbi aviasiya parkının modernləşdirilməsi proqramı çərçivəsində uçuş heyətinin qərb standartlarına malik təyyarələri öyrənməsində vacib rol oynaya bilər.

Ötən il “Leonardo”dan POLİQON jurnalına verilən məlumatda yaxın vaxtlarda ilk C-27J “Next Generation” (C-27J NG) təyyarəsinin adı açıqlanmayan bir müştəriyə çatdırlmasının planlaşdırıldığı qeyd olunmuşdu.

Yeni avadanlıq, aviasiya sistemi və müasir aerodinamik cihazlara sahib C-27J “Next Generation” təyyarəsinin 2021-ci ildə sınaqları tamamlanıb. C-27J NG təyyarəsi FANS 1/A+ datalink də daxil olmaqla yeni avionika, kabinə ekranları, hava radarı, habelə yeni radio naviqasiya, müasir peyk rabitəsi və radio rabitə imkanları, yeni kokpit və yük panelləri, Mod 5 IFF / ADS-B çıxışı, taktiki axtarış və xilasetmə sistemi, LED texnologiyalı işıqlandırma sistemi ilə təchiz olunub. Təhlükəli mühitlərdə işləmək üçün təyyarə özünü müdafiə sistemi və ballistik qoruma ilə təchiz edilə bilər.

C 27j

Poliqon.az

CATEGORIES
TAGS