Müdafiə
Azərbaycan “Ukol-RK” radionəzarət stansiyaları alıb

Azərbaycan Ukraynadan “Ukol-RK” radio nəzarət stansiyaları alıb.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə Ukraynanın “military-informant” saytı məlumat yayıb.
Saytın məlumatına görə, bu kompleksin Azərbaycana satışının nə zaman həyata keçirildiyi bildirilmir.
“Ukol-RK” qısa müddətli radiodalğa mənbələrinin təyini, rayonun radio elektron vəziyyəti haqqında məlumatların alınması və radio maneələrin qoyulması və s. üçün nəzərdə tutulur.
Stansiya KRAZ tipli iki avtomobil üzərinə bazalaşdırılır.




