“Boeing” şirkəti MQ-25 “Stingray” yanacaqdolduran PUA-nın sınağını keçirib

“Boeing” şirkəti MQ-25 “Stingray” yanacaqdolduran PUA-nın sınağını keçirib

ABŞ-ın “Boeing” şirkəti MQ-25 “Stingray” yanacaqdolduran pilotsuz uçuş aparatının (PUA) müxtəlif növ pilotlu təyyarələrlə qarşılıqlı əlaqəsinin uğurla sınaqdan keçirildiyini elan edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Boeing” şirkətinin nümayəndəsi “Defence News” jurnalına MQ-25 “Stingray” yanacaqdolduran PUA-nın müxtəlif tipli pilotlu təyyarələrlə qarşılıqlı əlaqəsinin uğurlu sınaqdan keçirilməsi barədə danışıb.

PUA-nın sınaqları hələ cari ilin yazında bu məqsədlə xüsusi yaradılmış laboratoriyada aparılıb. Virtual nümayiş sübut edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus bir neçə növ təyyarə MQ-25 “Stingray” PUA-da müşahidə tapşırıqlarını yerinə yetirə və ondan real vaxt rejimində görüntülər əldə edə bilər.

Nümayişlərə MQ-25 “Stingray” PUA üçün bir neçə istifadə halları və potensial istismar ssenariləri daxildir:

  • PUA gəmi idarəetmə məntəqəsinin komandanlığı altında aviadaşıyıcıdan havaya qalxır;
  • PUA stansiyaya uğurlu uçuş haqqında məlumat verir;
  • HDQ təyyarələrinin üç növündən biri PUA-nın komandanlığını baza stansiyasından götürür, idarəetməni ələ alır və tapşırığı yerinə yetirmək üçün MQ-25 “Stingray” PUA-ya parametrləri göndərir.

Sınaqlar zamanı sübut edilib ki, bu əməliyyat zamanı F/A-18 “Super Hornet Block III” qırıcısı və P-8A “Poseidon” dəniz patrul təyyarəsi, həmçinin “Northrop Grumman E-2D Hawkeye” qabaqcıl komanda və idarəetmə təyyarəsi öz hərəkətlərini yerüstü idarəetmə stansiyası və PUA ilə koordinasiya edə bilir.

Şirkət nümayəndəsi bildirib ki, mobil laboratoriyaya pilotun pilotsuz təyyarəni necə idarə edə biləcəyini göstərməyə və real vaxt rejimində çəkdiyi şəkillərə baxmağa imkan verən əsl “Super Hornet Block III” kabinası daxildir.

ABŞ HDQ komandanlığı MQ-25 “Stingray” PUA-dan təkcə yanacaqdaşıyan kimi deyil, həm də kəşfiyyat və digər məqsədlər üçün istifadə etməyi planlaşdırır. O, yanacaqdolduran PUA kimi, 2025-ci ildən gec olmayaraq dəniz aviasiyasının silahlanmasına daxil olmalıdır.

“Boeing” şirkətinin nümayəndəsi əlavə olaraq bildirib ki, şirkət çoxfunksiyalılığı inkişaf etdirmək və bütün siniflərin pilotlu təyyarələri ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün PUA proqram kompleksinin təkmilləşdirilməsi üzərində fəal işləyir.

“Biz inkişaf və istehsal haqqında düşünməliyik, müəyyən edilmiş proqramım çərçivəsindən kənara çıxmalıyıq, çünki bu, Cənubi Çin dənizində strateji mübarizə üçün lazımdır”, – deyə şirkət nümayəndəsi vurğulayıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES