HavaXəbərlər

Polşada AH-64E “Apache” helikopterləri üçün texniki xidmət imkanları yaradılacaq

Polşanın WZL-1 və WCBKT şirkətləri ABŞ-ın “Boeing” şirkəti ilə AH-64E “Apache” ağır döyüş helikopterlərinin texniki təminatı üzrə offset müqavilələri imzalayıb.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, müqavilələr Polşada “Apache” helikopterlərinin texniki xidməti, təmiri və istismara yararlılığının təmin edilməsi üzrə yerli imkanların inkişaf etdirilməsini nəzərdə tutur.

Razılaşmaya əsasən, “Boeing” WZL-1-ə Polşa Silahlı Qüvvələri üçün AH-64E helikopterlərinə texniki xidmət göstərməyə başlaması prosesində dəstək verəcək. WZL-1 səviyyələr üzrə texniki baxış, təmir və əsaslı təmir işlərini, həmçinin müəyyən komponentlərin zavod səviyyəsində təmirini həyata keçirəcək.

Bundan əlavə, “Boeing” və WCBKT Polşada istehsal olunan yerüstü texniki təminat avadanlıqlarının AH-64E “Apache” helikopterlərində istifadəsini qiymətləndirəcək. “Boeing” həmçinin Polşa şirkətlərinin əməkdaşlarına texniki dəstək, resurslar və təlimlər təqdim edəcək.

Qeyd edək ki, Polşa ABŞ-dan 96 ədəd AH-64E “Apache” helikopteri sifariş edib. Bu tədarük başa çatdıqdan sonra Polşa ABŞ-dan sonra dünyanın ikinci ən böyük “Apache” operatoru olacaq.

Back to top button