DSX-də Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
Dövlət Sərhəd Xidməti Aparatında 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
“Poliqon” xəbər verir ki, “Milli Mətbuat Günü” münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki iştirakçılara çatdırılıb, DSX-nin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri Fərmanlarla təltif edilib.
Qeyd edək ki, POLİQON jurnalının kollektivi də 22 İyul – Milli Mətbuat Günü münasibəti ilə və Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafında, eləcə də, Sərhəd Mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti haqqında ictimaiyyətinin məlumatlandırılması işində xidmətlərinə görə Fəxri Fərmanlarla təltif oluunub.