HavaXəbərlər

Türkiyədə F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-16 döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yalovada baş verən qəza zamanı pilot katapult edərək xilas olub.

Qəzanın səbəbinin ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcəyi qeyd edilib.

Back to top button