
“W Autonomous Systems” (WAS) şirkəti tərəfindən yüklərin daşınması üçün istehsal edilən HCMC adlı pilotsuz uçuş aparatı (PUA) Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Prince of Wales” təyyarə gəmisinə eniş-qalxış edib.
Bu barədə “Poliqon” Britaniya HDQ-nin mətbuat xidmətin istinadən xəbər verib.
Bildirilib ki, bununla da ölkə tarixində ilk dəfə PUA təyyarə gəmisinə eniş-qalxış etmiş olub.




