Braziliya H125 helikopterləri alır

Braziliya H125 helikopterləri alır

Fransanın “Airbus Helicopters” şirkəti Braziliya Silahlı Qüvvələrinə çoxməqsədli H125 helikopterləri tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Airbus” şirkəti məlumat yayıb.

Məlumata əsaəsən, şirkət tərəfindən tədarük olunacaq 27 ədəd H125 helikopteri Braziliya Hərbi Hava Qüvvələri ilə Hərbi Dəniz Qüvvələrinin inventarına əlavə ediləcək və onlar silahlanmadakı AS350 və “Bell 206” helikopterlərinin yerini alacaq.

Şirkətdən bildirilib ki, helikopterlər Braziliyada yerləşən və “Airbus”a bağlı olan “Helibras” müəssisəsi tərəfindən istehsal ediləcək.

Qeyd edək ki, bundan əvvəl “Helibras” müəssisəsi Braziliya Silahlı Qüvvələri üçün H225M helikopterlərin istehsalını həyata keçirib.

Poliqon.az

CATEGORIES
TAGS