Braziliya Ordusu silahlanmaya yeni tüfənglər qəbul edir

Braziliya Ordusu silahlanmaya yeni tüfənglər qəbul edir

Braziliya Ordusu atıcı silahlarla yenidən silahlanma prosesinə başlayıb. Yerli “Brazilian Armaments Industry” (IMBEL) şirkəti hərtərəfli sınaqlar üçün 50 ədəd 7,62×51 mm çaplı IA2 tüfənginin ilk partiyasını Braziliya Ordusunun Qiymətləndirmə Mərkəzinə (Centro de Avaliações do Exército – CAEx) çatdırıb.

“Poliqon”un məlumatına görə, bu ilin fevral ayında Braziliya Ordusu İstehsalat İdarəsinin əməkdaşları yeni tüfənglərdən birincilərini qiymətləndirmək və istehsalat obyektlərinə baxış keçirməkdən ötrü İMBEL şirkətini ziyarət ediblər. Tüfənglər Braziliya Ordusunun “Ordu Strateji Proqramı” çərçivəsində sifariş edilib.

7,62×51 mm çaplı IA2 tüfəngləri artıq baza sınağından keçib. Eyni proses əvvəllər 5.56×45 mm çaplı IA2 hücum tüfəngi üçün tamamlanıb və onlar artıq silahlanmaya qəbul edilməyə başlayıb. IA2 tüfəngləri qoşunlara qısaldılmış lüləli karabin, tam ölçülü hücum tüfəngi və snayper tüfəngi kimi bir neçə modifikasiyada tədarük edilir.

Braziliya Ordusunda IA2 tüfəngləri silahlanmaya 1964-cü ildə qəbul edilib və IMBEL şirkəti tərəfindən lisenziya əsasında istehsal edilmiş Belçikanın FN FAL avtomatik tüfənglərini əvəz edəcək.

IA2 mahiyyətcə eyni kilidləmə mexanizmi, porşenin dəyişdirilmiş qaz sistemi və bəzi digər daxili dəyişikliklər tətbiq edilmiş FN FAL avtomatının təkmilləşdirilmiş versiyasıdır. Erqonomika qatlana bilən və teleskopik polimer qundaq, həmçinin 3, 6 və 9 saatda yeni “Picatinny rail” tipli tamasalı lülə yatağı ilə təkmilləşdirilib. Tüfəngin 5,56×45 mm çaplı versiyasında STANAG standartlı, 7,62×51 mm çaplı versiyasında isə FN FAL patron maqazinlərindən istifadə olunur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS