
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2026-ci ilin mart ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin martında 803 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (883.9 milyon ABŞ dolları) 2026-ci ilin mart ayında ixrac edilən məhsulların dəyərində cüzi azalma müşahidə olunub.
Beləliklə, cari ilin ilk rübü ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 1.9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.




