
Cəbhə xəttində Ermənistan Ordusunun hərbi qulluqçusu məhv edilib.
“AzeriDefence”nin Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 7-də Qarabağ cəbhəsində baş verib.
Ön xətdə baş verən atışma nəticəsində Ermənistan Ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Vaçe Çilingəryan öldürülüb.



