Cənubi Koreya Malayziya FA-50 döyüş təyyarələri tədarük edəcək

Cənubi Koreya Malayziya FA-50 döyüş təyyarələri tədarük edəcək

Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti Malayziya Hərbi Hava Qüvvələrinə (HHQ) 18 ədəd FA-50 yüngül təlim/döyüş təyyarəsi tədarük edəcək.

“Poliqon” KAI-yə istinadən xəbər verir ki, bunun üçün Malayziya Müdafiə Nazirliyi və şirkət arasında 1.2 trilyon Cənubi Koreya vonu (920 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət ilk FA-50-lərin Malayziya HHQ-yə təhvil verilməsinə 2026-cı ildən başlayacaq.

KAI sifarişçiyə döyüş təyyarəsinin havada yanacaq doldurma funksiyasına, təkmilləşdirilmiş performansa və artırılmış silah çeşidliliyinə sahib versiyasını çatdıracaq.

Qeyd edək ki, Malayziya HHQ-nin ehtiyacı çərçivəsində başladılan reaktiv mühərrikli yüngül döyüş təyyarəsi proqramında FA-50 ilə yanaşı Hindistanın “Tejas”, Pakistanın JF-17, Rusiyanın MiG-35 və Türkiyənin “Hürjet” qırıcıları iştirak edib. Tenderin son mərhələsində “Tejas” ilə yarışan FA-50 nəticədə rəqibini üstəliyərək qalib gəlməyi bacarıb.

8rBgQbmEhM9Wdds6rmGr8n

Poliqon.az

CATEGORIES
TAGS