Çində yeni nəsil yük dronu nümayiş etdirilib

Çində yeni nəsil yük dronu nümayiş etdirilib

Çinin “Ziyan” startapı 2024-cü ildə yeni nəsil “Grey Whale G1” ağır pilotsuz yük helikopterini təqdim edib.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, “Grey Whale G1” pilotsuz uçuş aparatı (PUA) 21 kiloqram yükgötürmə qabiliyyətinə və 60 kilometrə qədər uçuş məsafəsinə malikdir.

PUA-nın və yükün təhlükəsizliyi daxili qəza paraşütü ilə təmin edilir. Bu əlavələr fövqəladə hallarda dayanıqlı və dəqiq avtonom enişləri təmin edərək əməliyyat təhlükəsizliyi standartlarını əhəmiyyətli dərəcədə gücləndirir.

Yük daşınması ilə yanaşı, PUA raket-bomba silahlarının istifadəsi üçün də uyğunlaşdırıla bilər. Yəni, o, təkcə təchizat və avadanlıqların çatdırılması üçün deyil, həm də kiçik çaplı bombalar və ya raket sistemlərindən ibarət əlavə silahlanma vasitəsilə yer hədəflərini vurmaq üçün istifadə edilə bilər.

İddia olunur ki, PUA ekstremal mühitlərdə, o cümlədən yüksək hündürlükdə və dənizdə tapşırıqları effektiv şəkildə yerinə yetirə bilir. Belə ki, “Grey Whale G1” PUA adalardan tutmuş yüksək dağlıq ərazilərə qədər müxtəlif ərazilərdə faydalı yüklərin daşınması üçün hazırlanmışdır, istifadəçilərə hava nəqliyyatı həllərində yüksək səmərəlilik, qənaətcillik və yüksək təhlükəsizlik vəd etdiyi bildirilir.

Qeyd edək ki, bu texnoloji yeniliyin arxasında duran “Zhuhai Ziyan Unmanned Aerial Vehicle Co., Ltd.” şirkəti, qabaqcıl kiçik və orta ölçülü elektrikli pilotsuz helikopterlərə yönəlmiş qabaqcıl tədqiqat və inkişaf səylərində ixtisaslaşıb.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS