Daxili Qoşunların 10-a yaxın texnikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən modernizasiya olunub

Komandan texniki modernləşmədən danışdıAzərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus 10-a yaxın hərbi texnika Müdafiə Sənayesi Nazirliyi tərəfindən modernizasiya olunub. “AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib.

“Bu gün Daxili Qoşunların silah və texnika parkı ümumqoşun səviyyəsindədir. Qoşunlar ən müasir artilleriya komplekslərinə malikdir”, – deyə general vurğulayıb.

Komandanın sözlərinə görə, texnikanın modernləşdirilməsi hər il davam edir: “Müasir dünya ilə bir addımlamalıyıq. Müvafiq qurumlar bu inkişafla maraqlanır. Müvafiq komissiyalar silah, texnika və avadanlıqlarla bağlı bütün yenilikləri öyrənir və səmərəli olanlardan istifadə edir”.

Ötən 10 ili Daxili Qoşunların inkişaf dövrü adlandıran general Həsənov rəhbərlik etdiyi qurumda xidmət edən heyətin yüksək peşəkarlığa yiyələndiyin qeyd edib.

“Daxili Qoşunlarda təlim-tədris bazası tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. Xüsusi təyinatlı dəstələrsə müqaviləli heyət xidmət aparır. Bu da onların peşə hazırlığını yüksək səviyyədə saxlamağa imkan verir”, deyə Z. Həsənov əlavə edib.

General 2013-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin yaradılmasının nəzərdə tutulduğun da qeyd edib.

CATEGORIES