“Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib

Avqustun 12-də Bakıda keçirilən “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin püşkatma mərasimi olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri iştirak ediblər.

Püşkatma mərasiminə, həmçinin yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunub.

Tədbir iştirakçılarını salamlayan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov 5-ci dəfə ölkəmizdə keçirilən “Dəniz kuboku” müsabiqəsinin bu il də şəffaf şəraitdə, yüksək səviyyədə və dostluq çərçivəsində keçiriləcəyinə inandığını bildirib.

Kontr-admiral S.Bəkirov keçirilən yarışların müxtəlif ölkələrin hərbi dənizçiləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında, onların peşəkarlaşmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq komandalara uğurlar arzulayıb və media nümayəndələrinin suallarını cavablandırıb.

İştirakçı ölkələrin komandalarının rəhbərləri yarışların keçirilməsi üçün yaradılan yüksək şəraitə, göstərilən qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirdə iştirakçı heyətlər döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat veriblər.

Sonda komandaların müsabiqədə mərhələ və epizodlarının icrası üzrə püşkatma keçirilib.

7380b7daba27cba7d1d101b6b8df3221 e1660290064721

Poliqon.az

CATEGORIES
TAGS