DIMDEX-2022: Pakistan “Harbah” raketini nümayiş etdirib

DIMDEX-2022: Pakistan “Harbah” raketini nümayiş etdirib

Pakistan Qətərin paytaxtı Dohada keçirilən DIMDEX-2022 müdafiə sənayesi sərgisində ilk dəfə olaraq gəmi əleyhinə orta mənzilli “Harbah” qanadlı raketini nümayiş etdirib.

“Poliqon”un məlumatına görə, Pakistanın “Global Industrial Defense Solutions” şirkəti tərəfindən hazırlanan “Harbah” raketləri ölkənin Hərbi Dəniz Qüvvələrinin bir neçə dəniz platformasına inteqrasiya edilib.

Gəmidən buraxılan “Harbah” raketləri bütün hava şəraitlərində saatda 988 km sürətlə 280 km uzaqlıqdakı quru və dəniz hədəflərini vura bilir. Raketlərdə hədəfləri dəqiqliklə izləmək və vurmaq üçün xüsusi kamera, radar və infraqırmızı axtarış başlıqlarından istifadə edilir.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Pakistan Ərəb dənizində “Azmat” sinifli “PNS Himmat” hücum gəmisindən “Harbah” raketinin uğurla sınaqdan keçirildiyini elan edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS