Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir
Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir.
“Poliqon” APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatlarını da aid edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
CATEGORIES Xəbərlər