Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiq olunub

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiq olunub

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiq edilib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Azəraycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

“Komissiyanın sədri

  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Komissiyanın üzvləri

  • Azərbaycan Respublikası müdafiə nazirinin müavini
  • Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
  • Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
  • Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
  • Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
  • Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
  • Azərbaycan Respublikası maliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
  • Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
  • Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
  • Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.

Müvafiq Fərmana uyğun olaraq “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”nin adından və 1-ci hissəsindən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılıb.

Fərmandan irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

CATEGORIES