Xəbərlər

Dövlət Xidməti Naxçıvanda vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 25 sentyabr 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin inzibati binasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 21 sentyabr 2026-cı il tarixədək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Back to top button