DSA 2024: FNSS TEBER-II qülləsi ilə silahlandırılmış PARS III zirehli maşınını sərgiləyir
Türkiyənin FNSS şirkəti zirehli nəqliyyat vasitələrini və qüllə sistemlərini Malayziyada keçirilən DSA 2024 sərgisində nümyiş etdirir.
“Poliqon” FNSS-yə istinadən xəbər verir ki, şirkət tərəfindən nümayiş olunan məhsulların sırasında TEBER-II 30/40 uzaqdan idarə edilən qüllə ilə silahlandırılmış PARS III 6×6 atəş dəstək maşını və SANCAK 30 mm uzaqdan idarə edilən qülləsi yer alıb.
Bundan başqa, FNSS şirkəti sərgiyə gələn rəsmi nümayəndə heyətlərinə və ziyarətçilərə zirehli döyüş maşınıları ilə bağlı hazırladıqları modernizasiya proqramlarını da təqdim edir.