DSX İranla sərhəddə 2 nəfəri saxlayıb

DSX İranla sərhəddə 2 nəfəri saxlayıb

Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram “marixuana”, 500 qram “metamfetamin” və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırmaaşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

photo 20221230115920 e1672387965304

Poliqon.az

CATEGORIES