DSX-nin hərbi hissə və bölmələrində Müstəqillik Günü münasibətil tədbirlər keçirilir

DSX-nin hərbi hissə və bölmələrində Müstəqillik Günü münasibətil tədbirlər keçirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissə və bölmələrində “28 May – Müstəqillik Günü” münasibətilə silsilə tədbirlər keçirilir.

DSX-nin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyin dünyaya bəyan edildiyi, dövlət quruculuğu, o cümlədən sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə mühüm fəaliyyətlərin həyata keçirildiyi vurğulanıb, cəmi 23 ay mövcud olmasına baxmayaraq müsəlman şərqində demokratik dəyərlərin formalaşmasından, siyasi, iqtisadi və mədəni inkişafın təmin edilməsinə qədər bütün sahələrdə xeyli əhəmiyyətli işlər görüldüyü bildirilib.

1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, ölkəmizin sərhəd mühafizəsinin formalaşması və inkişafında misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd olunub.

Ulu Öndər Heydər Əliyev məktəbinin varisi və layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı əldə edilmiş parlaq zəfərimiz sayəsində bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan “Müstəqillik Günü”nü ərazi bütövlüyü təmin edilmiş güclü və qalib dövlət olaraq qeyd etdiyimiz xüsusi vurğulanıb.

Tədbirin sonunda “Heydər Əliyev fondu”nun dəstəyi ilə hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Poliqon.az

CATEGORIES