“Ejder Yalçın” 120 mm-lik “Ragnarok” minaatan sistemi ilə atışlar edib

“Ejder Yalçın” 120 mm-lik “Ragnarok” minaatan sistemi ilə atışlar edib

“Nurol Makina” şirkətinin “Ejder Yalçın” zirehli döyüş maşını “Rheinmetall” şirkətinin istehsal etdiyi 120 mm-lik “Ragnarok” minaatan sistemi ilə atışlar həyata keçirib.

“Poliqon” “Nurol Makina”ya istinadən xəbər verir ki, atış, Litvada keçirilən “Live Firing Show 2023” tədbirində baş tutub.

Bildirilib ki, atış zamanı Avstriya mərkəzli “Hirtenberger” şirkətinin istehsal etdiyi 120 mm-lik mərmilərdən istifadə olunub.

4×4 təkər formuluna sahib olan “Ejder Yalçın”ın müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün istifadə etmək mümkündür. O, 0.5 metr hündürlüyündəki dik maneələri, 1.1 metr dərinliyindəki su və xəndəkləri asanlıqla aşa, 60 faiz dikliyə sahib yoxuşlara qalxa, eləcə də 30 faiz yana meyilli ərazilərdə hərəkət edə bilir. 9 personalı daşımaq bacarığına malik “Ejder Yalçın”ı, həm mexaniki, həm də məsafədən idarə olunan silah sistemləri ilə təchiz etmək olar.

Qeyd edək ki, hazırda “Ejder Yalçın”dan istifadə edən ölkələrin sırasında Türkiyə, Seneqal, Tunis, Özbəkistan, Qətər, Çad və Macarıstan yer alır.

Adsiz 6

Poliqon.az

CATEGORIES
TAGS