“Elbit Systems” İsveç Silahlı Qüvvələrini mobil rabitə stansiyaları ilə təmin edəcək

“Elbit Systems” İsveç Silahlı Qüvvələrini mobil rabitə stansiyaları ilə təmin edəcək

İsrailin “Elbit Systems” şirkəti İsveç Silahlı Qüvvələrini GRX-8000 mobil rabitə stansiyaları (THMS) ilə təmin edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, GRX-8000 rabitə stansiyalarının alqı-satqısı üçün “Elbit Systems”in bu ölkədə fəaliyət göstərən “Elbit Systems Sweden” şirkəti və İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında 48 milyon ABŞ dolları həcmində müqavilə imzalanıb.

Müqavilənin şərtinə görə, şirkət tərəfindən sistemin istehsal edilməsi, təhvil verilməsi və quraşdırılması ilə bağlı bütün işlər qarşıdakı ilk üç il ərzində həyata keçiriləcək.

“Elbit Systems”in GRX-8000 mobil rabitə stansiyası istənilən təkərli quru platformasın üzərinə inteqrasiya edilə bilər. Sistemin əsas üstünlüyü istifadəçiyə daha dayanaqlı rabitə əlaqəsi təmin etməsidir. Bu isə bölmələr arasında koordinasiyanın düzgün şəkildə qurulmasına şərait yaradır.

GRX 8000 main banner

Poliqon.az

CATEGORIES
TAGS