“Elbit Systems” şirkəti avtomatlar üçün süni zəkalı “ARCAS” sistemi buraxıb

“Elbit Systems” şirkəti avtomatlar üçün süni zəkalı “ARCAS” sistemi buraxıb

“Elbit Systems” şirkəti əsgərlərə intuitiv anlaşılan döyüş məlumatı təqdim edən, avtomatın elektro-optik nişangahı (EO), dəbilqəyə quraşdırılmış okulyar və avtomat qovşaqları ilə qarşılıqlı əlaqədə işləyən Süni Zəkadan (AI) qidalanan kompüterləşdirilmiş “ARCAS” sisteminin buraxıldığını elan edib.

“Poliqon” xəbər verir ki, “Elbit Systems” şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə, “ARCAS” sistemi avtomatları şəbəkəyə birləşdirilmiş rəqəmsal döyüş maşınlarına çevirərək, həm gündüz, həm də gecə piyada əsgərlərin ölüm hallarını, tapşırıq effektivliyini və sağ qalma nisbətini əhəmiyyətli dərəcədə dəyişir.

“ARCAS”, piyada və xüsusi əməliyyat döyüşçülərinə əvvəllər əlçatmaz olan döyüş qabiliyyətlərini təmin edir. Bunlara passiv məsafəölçmə, avtomatik ballistik düzəlişlər, atəş mənbələrini aşkarlama, hərəkətin videoaşkarlanması, küncdən və dizdən atəş aparma qabiliyyətləri, taktiki komandanlıq və nəzarət interfeysi (C2), naviqasiya dəstəyi, dost və ya düşmənin identifikasiyası, dayanmanın izlənməsi, döyüş sursatının məsrəfinə nəzarət və döyüş atəşi aparmadan silahı sıfırlama kimi imkanlar aiddir.

Avtomatın ön əl dəstəyinə tərkibinə yeni innovativ proqram təminatı və bir sıra tətbiqlər daxil edilmiş süni zəkalı kompüter quraşdırılıb. Kiçik kompyüter bloku, əsgərin baxış sahəsindən toplanan məlumatları EO nişangahı tərəfindən qəbul edildiyi kimi, C2 sistemlərindən taktiki məlumatları, komandadakı digər “ARCAS” istifadəçilərinin məlumatlarını və silahın mexanikası haqqında məlumatları qəbul və emal edir. Döyüş məlumatları, əsgərə EO nişangahı və ya dəbilqəyə quraşdırılmış okulyar vasitəsilə görünən mənzərənin üstündəki intuitiv genişlənmiş reallıq təbəqəsi kimi təqdim olunur. Əsgərlər sistemi avtomatın ön əl dəstəyində yerləşən joystik düyməsindən və oyun dünyasından ilhamlanan qrafik istifadəçi interfeysindən istifadə edərək idarə edir.

Açıq arxitekturaya əsaslanan “ARCAS” sistemi, iki konfiqurasiyaya malikdir. Onun tərkibinə sistemin bir hissəsi olaraq termal nişangah və ya aşağı işıqlandırma nişangahı daxil ola bilər. Sistem müvafiq interfeysi olan istənilən mövcud EO nişangah ilə əlaqə qura bilir.

“ARCAS” sistemi əməliyyat ehtiyaclarından və sifarişçinin tələblərindən asılı olaraq əlavə və kənar tətbiqləri də işlədə bilər.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS